• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Liverpul” – Nunyes ittifaqı: üfüqdə nə görünür? - YAZI

Yazarlar

22-06-2022, 21:0

“Benfika”nın ulduzu MY-ni də seçə bilərdi

İngiltərə premyer-liqasında növbəti səs-küylü transfer gerçəkləşdi: Darvin Nunyes “Benfika”dan “Liverpul”a keçdi. Mersisaydlıların haqqını vermək lazımdı – operativ şəkildə, heç bir problem yaratmadan ötən mövsümün ən parlaq oyunçularından birini rənglərinə bağladılar. Afərin! “Mançester Siti”nin Erlinq Holannın şəxsində gücləndiyini nəzərə alsaq, adekvat cavab həyati önəm daşıyırdı. Həm sırf oyun baxımından, həm də nəhəngin imicini qoruması və marketinq baxımından. Görünür, məhz bu üzdən “Liverpul” rəhbərliyi portuqaliyalılarla ticarəti uzatmadı və böyük paradan keçdi – 75 milyon avro + bonuslarla 25 milyon. Niyyət aydındı: pul var, xərcləməyə hazırdılar və növbəti mövsüm də çempionluğu Qvardiolaya vermək istəmirlər. Yeri gəlmişkən, Darvinlə müqavilənin 2028-ci ilə qədər olması gələcək üçün uruqvaylıya necə ümid bəslədiklərini bir daha göstərir.

Obyektiv oyun səbəblərinə gəlincə, Kloppun komandasının sarsılmaz “üçbucağ”ı göz önündə dağılır. Əvvəlcə Firmino əsas heyətin sistemyaradıcı oyunçusu funksiyasından uzaqlaşdı, indi isə Sadyo Mane İngiltərəni tərk edir və “Bavariya”nın düşərgəsinə köçür. Kloppa təcili seneqallıya əvəzedici lazım idi və görünür, “Liverpul” kağız üzərində oyun üslubuna görə ona çox oxşayan futbolçu tapıb. Ancaq uruqvaylının keçidi yalnız bununla məhdudlaşırmı?

Dias – Nunyes – Salah, “Liverpul”un 2022/23 mövsümündəki hücumlarının yeni reallığı. Belə görünür ki, misirli meydandakı mövqeyinə daha çox bağlı oyunçu olacaq, Diasla Nunyes isə daim yerini dəyişəcək. Bu kontekstdə Darvin çox yararlıdı və rolunun öhdəsindən ideal şəkildə gəlməlidi. Axı “Benfika”da da təkcə hücumun mərkəzində yox, cinahda da tez-tez oynayırdı. Nunyes özü də etiraf edir ki, ona oyuna cinahda başlamaq və cərimə meydançasına ötürmələr və ya asmalar üçün şığımaq daha rahatdı. Anri və ya Ronaldo üslubunda. Çox güman, “Liverpul”da oyun məhz belə qurulacaq.

Nunyesin ötən mövsümdəki statistikası adamı valeh edir: uruqvaylı 40 oyunda 32 qol vurub, Çempionlar Liqasında “Ayaks”, “Barselona”, “Bavariya” və “Liverpul” kimi rəqiblərin qapısına yol tapıb. Bu isə daha bir vacib nüansı ortaya çıxarır – Darvin top səviyyəli oyunlarda, güclü rəqiblər önündə əsmir və daim özünü göstərir. Razılaşın ki, premyer-liqanın şərtləri daxilində bu keyfiyyət çox önəmlidi. Ancaq belə nəhəng statistikada həm də əsas qorxu gizlənir – Nunyes qol rekordlarını Portuqaliyadan İngiltərəyə daşıya biləcəkmi? Bir tərəfdən müəyyən azalma təbiidi. Portuqaliya və İngiltərə liqalarını müqayisə etməyə dəyməz. Onu da qeyd etmək lazımdı ki, uruqvaylı “Benfika”dakı ilk mövsümlərində heç də o qədər çox qol vurmurdu, tədricən bu səviyyəyə yüksəldi. Amma möhtəşəm futbolçu olduğuna şübhə etməyə dəyməz. Təsadüfi deyil ki, Luis Suares hələ “Barselona”da olarkən Kataloniya klubunun rəhbərliyinə həmin vaxt “Almeriya”nın heyətində sequndada çıxış edən uruqvaylını nişan verib. Kim-kim, Suares yaxşı hücumçunu ortababdan ayırmaq bacarığına malikdi.

İndi Kloppun qarşısında duran əsas vəzifə Darvini mümkün qədər sürətlə komanda strukturuna və “qırmızılar”ın vizit vərəqinə çevrilən pressinqə öyrəşdirməkdi. Nunyesin mövqeyini nəzərə alsaq, bu ikiqat vacibdi. Firmino, ardından Jota və Mane rəqibə təzyiq göstərməyə başlamağın vaxtını ideal şəkildə anlayırdılar. Nunyesin bunu nə qədər tez öyrənməsi komandaya verəcəyi faydaya da təsir göstərəcək. Qoy hətta bir mövsümdə 30 qol vurmasın. Xatırladığımız kimi, Nabi Keyta da “Liverpul”a möhtəşəm statistikaya malik parlaq oyunçu kimi keçdi, ancaq Kloppun oyun strukturuna heç cür uyğunlaşa bilmədi.

İlk növbədə ona diqqət yetirməliyik ki, Nunyesin yeni çempionatdakı debüt mövsümünü necə qiymətləndirəcəyik? Bu mənada hazırda “Liverpul”da olan çətin oyun strukturunu nəzərə almaq lazımdı. Uruqvaylı Kloppun əsas prinsiplərini mənimsəsə, oyundaşları ilə yüksək səviyyədə anlaşsa, “qara iş”dən çəkinməməklə yanaşı, meydandakı əsas vəzifəsinin öhdəsindən gəlsə, onun uyğunlaşmasını uğurlu saymaq olar. “Liverpul”da elə indi də nəticəni təmin etməyə qadir olan futbolçular var, odu ki, Nunyesin elə ilk mövsümdə bütün məsuliyyət yükünü boynuna götürməsinə dəyməz. Əsas odu ki, Vernerə çevrilməsin.

Yeri gəlmişkən, Nunyesin başqa variantları da var idi. Ədalət naminə həmin variantları da xatırlatmaq lazımdı. Şayiələrə inansaq, “Mançester Yunayted” və şəxsən Ten Haq onu ələ keçirməyi çox istəyirdi. Belədə tərəzinin bir gözünə çox maraqlı məşqçinin rəhbərliyi altında böyük klubda çıxış etmək imkanı qoyulmuşdusa, o biri gözündə də son illərdə idarəçiliklə bağlı başıpozuqluq və aydın inkişaf vektorunun yoxluğu var idi. Enində-sonunda hələ də Ronaldonun gedib-getməyəcəyi aydın deyil, Nunyesin mövqeyi və oyun praktikası isə birbaşa bundan asılı olacaqdı. Belədə onun “Liverpul”un xeyrinə seçim etməsinin səbəbi tam aydındı.

“Çelsi” və “Milan” da Darvinin namizədliyini gözdən keçirirdi, ancaq bu iki klubla bağlı şayiələr yetərincə tez havaya sovruldu. Kristensenlə Rüdigerin gedişindən sonra, həmçinin Alonso ilə Aspilikuetanın mümkün transferləri ilə bağlı artan söhbətlərin fonunda London klubu ilk növbədə müdafiəni gücləndirmək üçün namizədləri gözdən keçirir. Tyaqo Silva vaxtilə hər nə qədər yaxşı olsa da, təkbaşına mövsümü xilas etməyə qadir deyil. “Milan”a gəlincə, bu klub ciddi satış əməliyyatları həyata keçirmədən belə bahalı transferə qol qoya bilməzdi. Odu ki, təvazökar davranıb, Orici və Sanşeş kimi daha real görünən hədəflərə boylandı.

Bütün bunların fonunda “Liverpul” “Benfika”nın ulduzuna ən ciddi iddiaçı kimi önə çıxdı, futbolçuya qarşılıqlı sərfəli anlaşma təklif etdi. Nunyes dövrümüzün ən yaxşı məşqçilərindən birinin rəhbərliyi altında çalışmaq imkanı və oyun praktikası qazanacaq, deməli, həm də “artırmalı” olduğu oyun aspektlərində tərəqqi edəcək. “Liverpul” isə gənc və perspektivli oyunçuya yiyələnib ki, o da Maneni ideal şəkildə əvəz edə və premyer-liqanın ulduzuna çevrilə bilər. Kəsəsi, İngiltərədə növbəti mövsüm də ən azı ötən mövsüm qədər gərgin və “isti” mübarizə vəd edir.

ELZAMİN hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-04-2022, 21:0

Nunu Qomeşin rekordu qırıldı

Dünya futbolu

12-05-2022, 19:0

135 milyon avro ver, al!

Dünya futbolu

20-05-2022, 13:0

"Benfika"nın futbolçusu İngiltərə klublarının təklifindən imtina etdi

Dünya futbolu

27-04-2022, 11:0

Türkiyə yığmasının üzvü ''Liverpul''da oynaya bilər

Manşet / Yazarlar

10-06-2022, 11:0

Yayın transfer vitrini: Mane, Poqba və başqaları... - YAZI

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə