"Futbol+"in əməkdaşına klubda vəzifə verildi

22.06.2022 16:03 801
Premyer-liqa
“Səbail"in mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat gerçəkləşib.

"Football-plus.az" klubun rəsi saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının qərarı ilə sözügedən vəzifə Sənəm Fərhadlıya tapşırılıb.

Qeyd edək ki, Sənəm Fərhadlı Bakı Slavyan Universitetinin Azərbaycan Filologiyası və Jurnalistika fakültəsini bitirib. O daha əvvəl "Futbol+"qəzetində çalışıb.