Qaliblər mühakimə olunmur – bu prinsip təkcə futbolda yox, həyatın bütün sahələrində keçərlidi.
Slovakiyanı qrupda 2-ci dəfə məğlub etməklə xalını 10-a çatdıran, deməli, Millətlər Liqasında növbəti mövsümü aşağı dəstədə keçirməyəcəyini də təminat altına alan Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyevin özünü yekəxana, təkəbbürlü aparmaq haqqı var. Xatırlayırsızsa, rusiyalı mütəxəssis yığmamızı məğlub etdikləri oyundan sonra Canni de Byazi ilə söz savaşına çıxmışdı. Adiyev Slovakiya üzərində qələbədən sonra yenə “bostanımıza daş atıb”:
Ümid edirik ki, Azərbaycan yığmasının futbolçuları sentyabrın 25-də keçiriləcək ev oyununda qazaxlara futbolda ləyaqətin nə olduğunu başa sala biləcəklər.