Futbol qaydalarında dəyişiklik edildi

13.06.2022 16:49 439
Dünya futbolu
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) komandalara bir matçda beş əvəzetmə etməyə icazə verən qaydanı daimi olaraq təsdiqləyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə IFAB-ın rəsmi saytı məlumat yayıb.

Əvvəllər bu qayda koronavirus pandemiyası ilə əlaqədar komandalarda kadr çatışmazlığına görə tətbiq edilirdi.

IFAB-ın bugünkü iclasında həmçinin, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.