“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bu dəfə müsahibimiz Vüqar Məmməddi. Böyük bir zaman kəsiyində aşağı yaş qrupları üzrə millilərdə çalışan, bu sahədə böyük təcrübəyə malik Vüqar bəylə söhbətdə həm onun karyerasını vərəqlədik, həm də uşaq futbolunun vəziyyətini incələdik.

- Vüqar bəy, uzun müddət aşağı yaş qruplarında çalışmısız. İstərdim ki, əvvəlcə bu haqda danışaq. Hansı yığmalarda çalışmısız, sizin rəhbərliyiniz altında o yığmalarda hansı nəticələr qeydə alınıb?

- Bəli, doğru vurğuladız. Müxtəlif yaş qrupları üzrə milli komandalarda 10 il baş məşqçi və köməkçi məşqçi kimi fəaliyyət göstərmişəm. Bu müddət ərzində səkkiz yaş dövrü sayılan 1995-2003-cü il təvəllüdləri arası futbolçularla çalışmışam. U-15 dən başlamış U-19-a qədər milli komandalarda baş məşqçi, eləcə də, U-15, U-16, U-17 milli komandalarda köməkçi məşqçi kimi işləmişəm. Bununla yanaşı, “Elit Məşq” layihəsində də uzun müddət fəaliyyətim olub. Nəticələrə gəlincə, U-17 ilə Bakıda keçirilən final mərhələsində iştirak etmişik. Yanılmıramsa, Avropanın 16 ən güclü komandası arasında turniri 10-cu yerlə bitirdik. Baş məşqçi kimi U-19 ilə Gürcüstanda keçirilən ilkin qrup təsnifat mərhələsində elit mərhələyə vəsiqə qazandım. Bununla da U-19 milli komanda səviyyəsində ən üst nəticə qeydə alındı. Düşünürəm ki, bu turnirdə futbolçularımız çox böyük beynəlxalq təcrübə topladılar. Elə həmin yaş qrupunda çıxış edən futbolçular bu gün çempionatamızda yaxşı çıxış edirlər. Elvin Cəfərquliyev, Toral Bayramov, Musa Qurbanlı, Rauf Hüseynli, Zamiq Əliyev “Qarabağ”da, Nicat Mehbalıyev “Qəbələ”də, Şakir Seyidov Latviyanın “Dauqava” klubunda, Turan Vəlizadə “Şamaxı”da, Kamran Quliyev “Sabah”da, Vusal Məsimov “Kəpəz”də, Səbuhi və Rüfət Abdullazadələr “Sumqayıt”da, Sərhat Taşdəmir İngiltərə 2-ci liqasında, Murad Mahmudov Almaniyada özünü göstərməyi bacarıb. Hətta elə futbolçular var ki, bu gün əsas heyətdə oynamırlar, ancaq düşünürəm ki, onlar da öz klublarında əsas heyətdə oynamağa layiqdilər.

- Bir məşqçi kimi kimləri özünüzə örnək götürmüsüz, hansı tanınmışlardan öyrənməyə üstünlük vermisiz?

- Top komandaların oyunlarını daim izləyirəm və zamanımızda olan güclü məşqçilərin hər birinin işindən faydalanmağa calışıram. 2012-ci ilin martında Massimiliano Alleqri “Milan”da çalışarkən onun məşqlərini və komandasının oyunlarını canlı izləmişəm, hətta imkan olub, özü ilə canlı diskussiya aparmışıq. 2017-ci ilin dekabrında Düsseldorf “Fortuna”sının baş məşqçi vəzifəsində çalışan Fridhelm Funkelin yanında da təcrübə keçmişəm. 2018-ci ildə beynəlxalq oyunların təhlili seminarında iştirak etmişəm və orda Yoahim Lövün mühazirələrini dinləmişəm, onun təcrübəsini bölüşmüşük. Bir çox klublarda məşq prosesini yaxından izləmişəm. Bütün bu müşahidələrimdən, seminarlardan bir məşqçi kimi maksimum faydalanmağa çalışmışam. Ümumiyyətlə, günümüzdə məşqçi kimi inkişaf etmək üçün yollar asanlaşıb. Onlayn seminarlara qatılırıq, canlı əlaqələr qurmaqla çox rahat şəkildə öyrənirik. Eləcə də xarici ölkə klublarında təcrübə keçə bilirik.

- Azərbaycan futbolu hansı ölkənin modelinə üstünlük verməlidi? Sizcə, hansı ölkənin futbolu bizə daha yaxındı?

- Bu suala istərdim belə cavab verim. 2014-cü ildə Sankt-Peterburqda keçirilən U-19 yığmaları arasındakı turnirin finalında Yaponiya və Rusiya milliləri qarşılaşırdı. Yaponlarda həmin ərəfədə demək olar ki, bütün yığmalar yüksəlişdə idi. Sonda Yaponiya U-19 millisi də turnirin qalibi oldu. Orda baş məşqçiyə belə bir sual vermişdilər: alman, ispan, yoxsa italyan modelini özünüzə örnək götürürsüz? O isə sualı bu formada cavablandırmışdı: “Biz yapon futbolu modelinə üstünlük veririk. Avropa ölkələrin təcrübələrini izləyərik, onlardan öyrənirik və sonda öz futbol modelimizi formalaşdırırıq. Ümumilikdə düşünürəm ki, inkişaf etməyə çalışan ölkələr və klublar daim öz plan-proqramını və modelini formalaşdırmalıdı.

- Vüqar bəy, siz necə düşünürsüz, nə üçün azərbaycanlı futbolçular legioner kimi uğur qazana bilmirlər?

- Çox maraqlı və hamımızı düşündürən sualdı. Düşünürəm ki, ilk növbədə bu məsələdə biz istər Avropa olsun, istər Asiya - onlara yaxın olmalıyıq. Daim turnirlər, yoldaşlıq oyunları keçirilməlidi. Biz ora getməliyik, bizə gəlməlidilər və oyunlar təşkil olunmalıdı. Məsələnin o biri tərəfi isə mütləq və mütləq psixoloji amildi. Hər bir futbolçu ilk öncə özünü psixoloji tərəfdən hazırlamalıdı. Bir çox məsələlərdə belə olmalıdı. Futbolçu dil öyrənməli, onun həm ümumi, həm də futbol savadı olmalıdı. İntellektual cəhətdən savadlı, mühitə tez uygunlaşan, çətinliklərə dözən, getdiyi ölkə, yer, şəhər, insanların mentallığı və mədəniyyəti haqqında məlumatlı olmalıdı. Bu məsələlərdə futbolçuya mütləq yol göstərmək üçün məşqçisi də dəstək olmalıdı. Yəni bu yola çıxırsansa, bütün tələblərə hazir olmalısan. Fikrimcə, bizim futbolçuların ora gedə bilməməsinin və gedib orda səbr edib, sona qədər uğur qazana bilməməsinin səbəbləri bunlardı. Ancaq futbolçularımız var ki, həqiqətən də Avropada oynamağa layiqdilər.

- Akademiyalar barədə də fikrinizi öyrənmək istərdik. Uşaq futbolunda akademiyaların olması nə dərəcədə vacibdi? Bu istiqamətdə hansı işləri görməliyik?

- İlk növbədə akademiya sözünü incələməliyik. Akademiya nə deməkdi? Akademiyada kimlər işləməlidi? Kimlər yetişməlidi? Bu gün klublarımızda hamı deyir ki, akademiyamız var və yaxud bəzi fiziki şəxslər müəyyən imkana sahib olan kimi o dəqiqə akademiya açır. Belə misallar çoxdu. Mən qısaca sizə bunu misal çəkə bilərəm. Ölkəmizdə çalışan bütün futbol klublarına və mütəxəssislərə məsləhətim budur ki, uzağa getmək lazım deyil, qardaş Türkiyənin “Altınordu” klubu əsl nümunə yaradıb. Buyurub “Altınordu Futbol Akademiyası”nın işini izləsinlər və yaxud gedib orda hər şeyi görüb, təcrübəni öyrənsinlər. Bir sözlə, onlardan ibrət götürüləsi və faydalanası çox şey var. Hərçənd artıq Azərbaycandan xeyli insan ora gedib-gəlib. Sadəcə, səfər etmək, gedib-gəlmək yetərli deyil. Bu istiqamətdə klublarımızın məqsədi olmalı və qərar verməlidilər: futbolçu yetişdirmək, yoxsa hər il avrokuboklara düşmək uğrunda mübarizə aparmaq? Futbolçu yetişdirmək istəyirlərsə, onun üçün əsl akademiya qurmalıdılar. Akademiyanın içində hər şey var: təhsil, qidalanma, plan, proqram, gündəlik rejim. Sonra futbol dərsi, psixoloji durum, motivasiya və sair. Son olaraq da onu deyə bilərəm ki, uşaq futbolunda həqiqi akademiyalarin qurulması vacibdi və milli komandalar klublarla birlikdə çalışaraq bacarıqlı futbolçuların potensialini açmalıdılar. Belədə futbolumuz da inkişaf edə bilər.

İLKİN SULTANLI

Vüqar Məmməd: “İnkişaf etmək üçün öz modelimizi formalaşdırmalıyıq”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Son xəbərlər

PSV-nin futbolçusu premyer-liqa klubunun hədəfində

MY Kasemiro transferini açıqladı

Beyli "Marsel" yolunda

"Vilyarreal"da ayrılıq

"Fiorentina"da yeni müqavilə

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

"İnter" PSJ-nin təklifini rədd etdi

"Brayton"da yeni müqavilə

MY Antoni transferində israrlıdı

Ndombelenin yeni klubu müəyyənləşdi

Autsayderlərin matçında iki qol - VİDEO

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

"Daha yaxşı nəticə əldə edə bilərdik" - Mahmud Qurbanov

"Kəpəz"in iki futbolçusu "Qəbələ" ilə görüşü buraxacaq

"Çelsi" Obameyanqa təklif göndərəcək

Şamaxıda bərabərlik - YENİLƏNİB

Yamayka millisinin forvardı "Qalatasaray"a keçə bilər

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Mayk Tayson əlil arabasında - FOTOLAR

"Pis dönəmlər keçirdim, ancaq vəziyyətdən çıxa bildim" - Suares

Daha 1 il "Bavariya"da qala bilər

İki idmançımız Avropa çempionatının finalında

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Ronaldo ten Haqın işindən narazıdı

"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

"Bu nəticə bizə revanş üçün əla şans verir" - "Viktoriya"nın futbolçusu

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Millimizin üzvü "Neftçi"də

Daha bir klub Ronaldonu istəmədi

Premyer-liqada 3-cü turun təyinatları açıqlandı

Patrik Andrade "Partizan"da ilk qolunu vurdu

PSJ Neymar və Mbappeyə xəbərdarlıq etdi

Bu divizion klubunun ev oyunlarına giriş pullu olacaq

AFFA Region Liqası klubları üçün tender elan etdi

Millimizin sabiq üzvü Almaniya klubunda

“Atletiko”nun mövsümöncəsi toplanışı cəhənnəm əzabıdı

Ronaldo artıq Ten Haqı da bezdirib

Mendinin qeyri-adi seks macəraları

İtaliyadan İngiltərəyə yollandı

Ramos Mbappe ilə Neymarı barışdırdı

Tribunalar doldu-daşdı, qələbə bizdən uzaq qaçdı - YAZI

Bütün xəbərlər