İspaniyalı hakim Antonio Mateu Laos adını futbol tarixinə yazıb.
45 yaşlı referi iki gün ərzində iki final oyununu idarə etməklə ilkə imza atıb. Mayın 19-da Səudiyyə Ərəbistanı kubokunun finalında “Əl-Hilal” -“Əl-Feyha” matçında (1:1, p. – 1:3) fit çalan Laos şənbə günü Yunanıstan kubokunun final oyununu idarə edib. “Panatinaikos” - PAOK matçı 1:0 hesabı ilə nəticələnib.