Finlandiyada keçirilən hokkey üzrə dünya çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, hələ ki yalnız üç komanda – Kanada, İsveçrə və İsveç yığmaları məğlubiyyətsiz irəliləyir. Srağagün keçirilən Almaniya – Danimarka oyunu Bakı vaxtı ilə 17.20-də başlamalıydı, ancaq 1 saat 40 dəqiqə yubandı. Buna Helsinkidəki arenada baş verən yanğın səbəb oldu. Bütün azarkeşlər və hokkeyçilər evakuasiya olunandan sonra arenaya yanğınsöndürən maşınlar yaxınlaşdı. Heç kim xəsarət almadı.
DÇ-də daha bir maraqlı hadisə baş verib. Belə ki, Slovakiyanın RTVS kanalının əməkdaşı Barbora Jaçikova Almaniya yığmasının baş məşqçisinin köməkçisi Cessika Kempbellə bu sualla müraciət edib: “Yaraşıqlı kişilərin əhatəsində belə cəlbedici qadın olmaq necə hissdi? Bəlkə kimsə başqalarından daha çox xoşunuza gəlir?” Cessika əvvəlcə sualı anlamayıb: “Bağışlayın, nə demək istədiyinizi anlamadım”. Xanım həmkarımız sualı təkrarlayandan sonra onun cavabı belə olub: “Bu mənim işim, mənim peşəmdi. Oyunçular öz işini görür. Oyunçularla aramızda yaxşı və peşəkar münasibətlər var, başqa heç nə”.
Cessika müsahibədən sonra Almaniya yığmasının mətbuat katibinə bu sualdan heç xoşlanmadığını deyib.
Yanğına görə oyun gec başladı
Dünya futbolu


