AFFA rəsmisi AÇ-nin final oyununda

31.05.2022 11:07 492
Dünya futbolu
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının final oyununa təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, iyunun 1-də Fransa və Niderland yığmaları arasında keçiriləcək həlledici qarşılaşmada UEFA nümayəndəsi olacaq.

Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya – Lüksemburq, B qrupunda Fransa – Polşa, D qrupunda Şotlandiya – Portuqaliya, 1/4 finalda isə Danimarka – Serbiya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.

Final görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.