“Barselona” ilk dəfə Avstraliyada oynayacaq

8.04.2022 19:20 516
Dünya futbolu
“Barselona” tarixində ilk dəfə Avstraliyada oyun keçirəcək.

Klubun rəsmi saytının xəbərində komandanın mövsümün sonunda bu ölkədə yoldaşlıq görüşünün təşkil olunacağı bildirilib. Mayın 25-də keçiriləcək oyunda “Barselona”nın rəqibi  Avstraliya liqasının ən yaxşı futbolçularından ibarət komanda – “A-Leagues All Stars” olacaq.

Matç Sidneydəki “Akkor” stadionunda təşkil olunacaq.