Nəticə olmayanda yumruqlar işə düşür...

17.05.2022 13:17 319
Dünya futbolu
"Mançester Yunayted"in şənbə məşqi yarımçıq dayandırılıb .

"The Sun" xəbər verir ki, buna "qırmızı şeytanlar"ın iki futbolçusunun hazırlıq prosesində dava etməsi səbəb olub. Nəşr həmin şəxslərin adlarını açıqlamayıb.

İddiaya görə, oyunçular bir-birinə yumruqla hücum edib. Daha sonra komanda yoldaşları onları ayırmalı olub və bütün futbolçular paltərdəyişmə otağına göndərilib.

Xatırladaq ki, MY mayın 7-də çempionat oyununda "Brayton"a 0:4 uduzandan sonra Çempionlar Liqasına vəsiqə şansını itirib.