MY-nin məşqindəki qarşıdurma kimlər arasında baş verib?

15.05.2022 14:21 395
Dünya futbolu
“Mançester Yunayted”in məşqində insident baş verib.

Komandanın iki futbolçusu arasında dava düşüb. “The Sun” qəzetinin məlumatında adları açıqlanmayan oyunçuların bir-birinə yumruqla hücum etdikləri bildirilib. Digər futbolçular onları ayırmalı olublar. Bu qarşıdurmaya görə məşq vaxtından əvvəl başa çatdırılıb və futbolçular baş məşqçi Ralf Ranqnik tərəfindən paltardəyişmə otağına göndərilib.