• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vüqar Əsgərov: “Gücüm tükənsə, cari mövsüm karyeramda sonuncu olacaq” - MÜSAHİBƏ

Manşet / Müsahibə

14-05-2022, 12:0

Azərbaycanda unudulan bir çox futbolçu var.

Onlardan biri də karyerasının böyük hissəsini Latviya klublarında keçirən Vüqar Əsgərovdu. Təcrübəli futbolçu ilə karyerasını bitirməsi, sonra yenidən bərpa etməsi, yığmanın hazırkı vəziyyəti ilə bağlı söhbət etdik.

- Karyeranı bitirdin, sonra yenidən bərpa etdin. Bu necə baş verdi?
- Bəli, ilyarım idi peşəkar karyeramı başa vurmuşdum. Amma həvəskar kimi oynamağa davam etdim. Bir müddət aşağı liqa klubu “Salaspisk”in heyətində oynadım, 15 qolla bombardir oldum. Müəyyən qədər futzalda da özümü sınadım. İş elə gətirdi ki, vaxtilə birlikdə oynadığım dostlarım Latviya virsliqasında çıxış edən “Super Nova”nın məşqçilər korpusunda yer aldılar. Məhz onlar məni yenidən karyeramı bərpa edib təcrübəli futbolçu kimi komanlarında görmək istədilər. Təklifi müsbət dəyərləndirərək yanvarda birillik müqavilə bağladım.

- “Super Nova”nın autsayderlər sırasında olması nə ilə bağlıdı?
- Komandamız gənclərdən qurulub. Heyətdəkilərin mütləq əksəriyyəti 2001-03 təvəllüdlü gənclərdi. Çoxları peşəkar karyeralarının ilk ilini yaşayır. İnanıram ki, onlar təcrübə topladıqca, komandamız daha da irəliləyəcək. Hələ qarşıda çox oyun var. Qarşımıza qoyulan əsas məqsəd elitada qalmaqdı.

- Hazırda komandanın həm ən yaşlı oyuçusu, həm də kapitanısan. 36 yaşında top qovmaq çətinlik yaratmır?
- Əslində mayın 14-də 37 yaşımı qeyd edəcəm. Səmimi desəm, bu yaşda oynayarkən həm tez yorulur, həm də yorğunluğumu tez bərpa edirəm (gülür).

- Bu yaşda oynamaq əlavə motivasiya verir?
- Hələ ki motivasiya görmürəm. Qol imkanlarım olur, amma son nöqtəni qoya bilmirəm. Sonra qaçırdığım fürsətlər barədə düşünür və gülürəm.

- Bəs assistentlik necə?
- Hərdən olur (gülür).

- Latviya virsliqasının da ən yaşlı futbolçususan?
- Ən yaşlılar siyahısındayam. Bu baxımdan 39 yaşlı Valeri Afanasyev birinci, mən ikinci, 35 yaşlı Oleq Layzans üçüncüdü.

- Hazırda dünyanın ən qocaman futbolçusu 55 yaşlı yapon Kadzuyoşi Miuradı. “Samuray” qədər oynamağı düşünürsən?
- Belə bir iddiam yoxdu. Əks halda yerimdən qalxa bilməyəcəm (gülür).

- Neçə yaşına kimi oynamağı düşünürsən?
- Dəqiq bilmirəm. Gücüm tükənsə, cari mövsüm karyeramda sonuncu olacaq.

- Hazırda Azərbaycan premyer-liqasında Asif Məmmədov 36 yaşı olmasına rəğmən, yaxşı formadadı, qollar vurur, assistentlik edir, “Qəbələ”nin əsas oyunçularındandı. Səni də yenidən çempionatımızda görə bilərik?
- Asif Məmmədovun oyunlarını izləyirəm, həqiqətən yaxşı futbolçudu. Ona uzun ömür, cansağlığı, zədələrdən uzaq olmağı və gücü çatdığı qədər oynamağı arzulayıram. Bu yaşımda Azərbaycan çempionatında oynamağım real deyil. Heç bu barədə düşünmürəm.

- Deməli, Azərbaycan çempionatını izləyirsən…
- Bəli. “Qarabağ” çempion oldu, onları təbrik edirəm. Doğma şəhərim Sumqayıtın eyniadlı komandasının mövcud durumu məni çox üzür. “Sumqayıt” döyüşkənliyi ilə daim orta pillələr uğrunda mübarizə aparıb, ölkə futboluna yetərincə futbolçu qazandırıb. Bu komanda autsayder olmağı haqq etmir.

- Azərbaycanda “Sumqayıt”, “Araz-Naxçıvan” və “Zirə”də çıxış etsən də, hər birində uğursuzluqla üzləşib, sonda karyeranı birdəfəlik Latviya klubları ilə bağladın. Niyə belə alındı?
- Həmin dövrü yenidən xatırlamaq istəmirəm. Qısaca onu deyim ki, vətənimi sevirəm, azərbaycanlıyam.

- Hazırda milli komandamız da yaxşı günlərini yaşamır. Səncə, yığma nə vaxt inkişaf edəcək?
- Millinin vəziyyəti həqiqətən ürəkaçan deyil. Bunun səbəbi nəsil dəyişikliyi, yoxsa baş məşqçi amili ilə bağlıdı, deyə bilmərəm. Hər halda, nikbin olmaq və inanmaq lazımdı ki, zamanla millimiz daha yaxşı nəticələr göstərəcək.

- Yığmaya yerli, yoxsa əcnəbi məşqçi rəhbərlik etməlidi?
- Şəxsən mən həmişə öz futbolçularımıza və mütəxəssislərimizə daha çox şans verilməsini istəyərəm. Yetərincə PRO kateqoriyalı məşqçilərimiz var, niyə onlara yığmada işləməyə şərait yaradılmır? Ayxan Abbasovu yaxından izləyirdim, gənc və iddialı məşqçidi. “Sumqayıt”la da uğurları oldu, komandanı ilk dəfə Konfrans Liqasına çıxarmaqla tarix yazdı. Onun milliyə rəhbərlik edə biləcəyini düşünürəm. Həmçinin U-21-ə də rəhbərlik edə biləcək yetərincə gənc məşqçimiz var. Sadəcə, onlara şans vermək lazımdı. Əcnəbilərə o qədər pullar tökməkdənsə, özümüzkülər işləsin və qazansın.

- Karyeranın böyük hissəsi Latviya klubları ilə bağlıdı, hətta 2018-ci ildə “Dauqavpils” ilə 1-ci liqada həm çempion, həm də 31 qolla mövsümün bombardiri olmusan. Karyeranda xüsusi önəm kəsb edən klub hansıdı?
- Futbolçu kimi karyerama Liepaya şəhərinin “Metallurq” klubunda başlamışam. Bu komanda ilə bağlı yaxşı xatirələrim var. 2014-cü ildə “Metallurq”un fəaliyyətini dayandırması məni çox üzdü. Hər dəfə həmin günləri xatırlayanda xoş hislər keçirirəm.

- Sabiq komandan “Dauqavpils”də hazırda iki gənc azərbaycanlı futbolçu – Asim Əlizadə ilə Şakir Seyidov çıxış edir. Onlarla görüşür, təcrübəni bölüşürsən?
- Əlbəttə. Latviyaya gələndə Seyidovu özüm qarşılamışdım. Vaxtaşırı hər ikisi ilə görüşürəm. Mənə görə onlar Latviya çempionatına gələn ən güclü azərbaycanlı futbolçulardı.

- Necə düşünürsən, gələcəkdə daha güclü çempionatlarda çıxış edə bilərlər?
- Əlbəttə. Düşünürəm ki, Latviya çempionatı onların gələcəkdə daha güclü ölkələrin liqalarına keçidi üçün təməl olacaq.

- Səni nə vaxtsa baş məşqçi kimi Azərbaycan çempionatında görə bilərik? Elə doğma “Sumqayıt”ın “sükanı arxasına” keçməklə tarix yazmağı düşünürsən?
- Ümumiyyətlə, məşqçi karyerası haqda düşünməmişəm. Amma AFFA-dan ürəyimcə iş təklifi olsa, fikirləşərəm (gülür).

- Sonda nə demək istərdin?
- Vətənimdə məni yada salan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Öz xalqımı, vətənimi bütün ruhumla sevirəm.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-05-2022, 11:0

Vüqar oynamadı, komandası uduzdu

Dünya futbolu

7-05-2022, 09:0

Azərbaycanlı futbolçu oynadı, komandası məğlub oldu

Ölkə futbolu

3-05-2022, 12:0

Əsgərovun komandası məğlub oldu

Dünya futbolu

21-03-2022, 13:0

Vüqarın komandasından heç-heçə

Aktual
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Son xəbərlər
  • Bu gün, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Bu gün, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Bu gün, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Bu gün, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Bu gün, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Bu gün, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 247
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 231
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə