"Kişilərin ağladığını görmək inanılmazdı" - Azərbaycan millisinin üzvü

2.05.2022 10:58 678
Dünya futbolu
Dmitri Nazarovun formasını geyindiyi “Aue” Bundesliqa 2-ni tərk edib.

Komanda 32-ci turda “Darmştadt”a 0:6 hesabı ilə məğlub olub. Bununla da "Aue"nin "İnqolştadt"la birgə sona həftə qalmış aşağı liqaya yuvarlanacağı dəqiqləşib.

Millimizin üzvü qarşılaşmadan sonra Almaniya mətbuatına açıqlama verib. Yarımmüdafiəçi liqanı tərk etməyə layiq olduqlarını dilə gətirib:

“Çox incidi. Bu, mənim ilk enişimdi. Amma buna tam layiqik. 32 oyunda 23 xal toplayırsınızsa, aşağı liqaya düşməyə layiqsiniz. Yetkin kişilərin ağladığını görmək inanılmazdı”.