Tarpişev Sisipası favoritlər arasında görür

22.04.2022 09:34 455
İdman
Bildiyiniz kimi, mayın 22-dən iyunun 5-nə qədər Parisdə “Böyük dəbilqə” seriyalı “Rolan Qarros” keçiriləcək.

Maraqla gözlənilən turnir ərəfəsində müxtəlif proqnozlar səslənməkdədi. Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişev də “münəccimlər” sırasına qoşulub:

“Rolan Qarros”da 10 tennisçini favoritlər sırasına qoşmaq olar. Belə turnirlərdə püşkatmadan, yəni ilk mərhələlərdə kimin kimlə üz-üzə gələcəyindən çox şey asılıdı. Ona görə ki, bir qayda olaraq, ikihəftəlik turnirləri 1/4 finala qədər asan yolla irəliləyənlər qazanır. Qrunt örtükdə tennisçilərin üzərinə hədsiz yük düşür, onlar 5 set oynamalı olurlar. Fikrimcə, qarşıdakı turnirin əsas favoritlərindən biri Stefanos Sisipasdı”.


Tarpişev yunan tennisçinin Monakoda keçirilən “Masters” seriyalı turnirdəki qələbəsini də şərh edib:

“Sisipas bu gün dünya tennisində ilk “5-lik”də qararlaşan adamdı. Bu üzdən onun ötənilki nəticəsini təkrarlamasında təəccüblü heç nə yoxdu”.