• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cavid Hüseynov Mingəçevirdə şoka düşüb - MÜSAHİBƏ

Manşet / Müsahibə / Günün xəbəri

21-04-2022, 10:0

Bazar günü Region Liqasının 1/4 finalının ilk oyunları keçirildi.

“Energetik” evdə “Cəbrayıl”a məğlub oldu. Cavid Hüseynovun komandası 2018-ci ildən bəri Yaşar Məmmədzadə adına stadionda uduzmayan mingəçevirlilərlə matçdan qələbə ilə ayrıldı. Görüşdən sonra veteran futbolçu ilə həm oyun, həm də komandanın gələcəyi ilə bağlı söhbətləşdik.

- Maraqlı görüş alındı. İlk oyunda “Energetik”i məğlub etdiz.
- Əvvəlcədən çətin keçəcəyini bilirdik. “Energetik” 2018-ci ildən bəri öz meydanında uduzmurdu. Düzdü, rəqib həddən artıq güclüdü. Bu səbəbdən də matça çox yaxşı hazırlaşmışdıq. Əzmimiz nəticəsində görüşdə sevinən tərəf olduq. Futbolçular meydanda döyüşdülər. Düzdü, burda ot örtüyü bərbad vəziyyətdədi. Oyunda əsasən xarakter ön plana çıxdı. Əzmkarlıq göstərərək sonda qələbə qazandıq.

- Səfərdə qələbə qazanmaq mərhələnin taleyini həll etdi?
- Yox. Neçə top fərqi ilə öndə olsaq da, mərhələnin taleyi həll olunmuş sayılmır. Binədəki oyunda hər şey bəlli olacaq. Burdakı görüşə necə hazırlaşmışdıqsa, həmin matça da eyni istəklə hazırlaşacağıq.

- Səhv etmirəmsə, “Cəbrayıl” azarkeşləri ilk dəfə fanklub şəklində səfər matçına gəldi. Ümumiyyətlə, stadionda 4 minə yaxın insan var idi. Ab-hava haqda nə deyə bilərsiz?
- Bəli, ilk dəfə səfərə gəlirdilər. Belə ab-havadan kim məmnun qalmaz?! Mən şəxsən hər yerdə vurğuluyaram ki, Mingəçevir futbol şəhəridi. Çünki bu insanlar idmana böyük sevgi və hörmət göstərirlər. Bir dəfə bura xeyir işə gəlmişdim. Şəhərdə bir gün gəzdim. Hamı məni tanıdı. Onda şoka düşmüşdüm. Necə ola bilər ki, bölgədə bu qədər adam məni tanıyır? Burdan görünür ki, Mingəçevir futbolla nəfəs alan şəhərdi. İnşallah, yaxın gələcəkdə ot örtüyünü dəyişərlər, arenanı düz-əməlli təmir edərlər. Bir sözlə, bu şəhərin mütləq gözəl komandası olmalıdı.

- Deyilənə görə, 1/4 finala vəsiqə qazanan 6 klub və “Araz Naxçıvan” növbəti mövsüm 1-ci divizionda iştirak edəcək. Bu barədə AFFA rəsmilərinin sizlə hansısa söhbəti olmayıb?
- Bizə belə məlumat verilməyib. Əlbəttə, mən də istəyirəm ki, növbəti mövsüm 1-ci divizionda çıxış edək. Çünki biz də əməlli-başlı əziyyət çəkmişik, belə komanda formalaşdırmışıq. Daha səviyyəli liqada iştirak etmək istəyirik. Amma əvvəlcədən bizə nəsə deyilməyib.

- Ramin Musayev Şamaxıda açıqlama verdi ki, işğaldan azad olunan bütün şəhər və rayonlarda stadion tikiləcək, komanda qurulacaq.
- Onsuz da bizim öncədən fikrimiz Cəbrayıl olub. Rayonumuzda əvvəllər də stadion olub. Hələ işğal dövründən öncə komandamız fəaliyyət göstərib. SSRİ dövründə də Azərbaycanın ikinci dəstəsində iştirak etmişik. Yəni Cəbrayılda həmişə futbol və idman olub. Bu səbəbdən tələsirəm ki, ordakı stadionu bizə təhvil versinlər. Fəaliyyətimizi orda daha yaxşı şəkildə davam etdirək. Həmçinin akademiya yaratmaq istəyirəm. Orda məskunlaşan peşəkar komanda fəaliyyət göstərsin. Oranı inkişaf etdirmək artıq mən və dostlarımın üzərinə düşən işdi.

- Rəqib qol vurandan sonra futbolçular arasında dava düşdü. Sizi həmişə çılğın insan kimi tanımışıq. Özünüzü necə saxladız, çətin olmadı?
- Vallah, çox çətin idi. Çünki əməlli-başlı azarkeş kütləsi var idi. İstəmirdilər ki, komandaları doğma meydanda məğlub olsun. Bu normaldı, onların aqressivliyini başa düşürəm. Amma bəzi təhqirlər olmasaydı, daha yaxşı olardı. Çünki mən 16 yaşından peşəkar futbolla məşğulam. Yersiz nələrsə baş verəndə xətrimə dəyir. Heç vaxt istəmərəm ki, rəqibim də olsa, ona haqsızlıq olsun. Söyübsə, üzr istəməlidi. Amma azarkeşlərin də təzyiqini başa düşmək lazımdı. Bir neçə dəfə keçərsən, amma bəzi sözlər adama çox pis təsir edir. Həkimimizin də başını partlatdılar (gülür). Təzyiqi qalxmışdı. Bu da normal şeydi. Azarkeşlər nələrsə etməlidilər ki, oyun daha da maraqlı olsun. Təki həmişə stadionlarımızda çoxlu tamaşaçı olsun. Öz komandalarını dəstəkləsinlər. İnşallah, futbolumuz belə oyunların sayəsində inkişaf edər.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

24-04-2022, 19:0

Region Liqasında yarımfinalçılar bilindi, bir görüşdə dava düşdü

Aktual / Manşet

27-04-2022, 13:0

"Ona qalsa, bizim də penaltimiz verilmədi" - Cavid Hüseynov

Ölkə futbolu / Manşet

21-04-2022, 11:0

"Heç premyer-liqada bu qədər azarkeş stadionlara gəlmir" - "Energetik"in məşqçisi

Ölkə futbolu

17-04-2022, 17:0

"Energetik" "Cəbrayıl" oyununda dava - VİDEO

Aktual / Manşet

26-04-2022, 21:0

Hakimin döyülməsinə səbəb olan epizod - VİDEO

Aktual
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Son xəbərlər
  • Bu gün, 18:30
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 15:07
    Klubuna sadiq qaldı
  • Bu gün, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Bu gün, 13:43
    Nuriyevin komandası uduzdu
  • Bu gün, 13:20
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 12:50
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
Daha çox
Oxunub: 187
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 97
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 95
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə