"Bu yenilgi zəngin tarixə malik bir kluba və onun azarkeşlərinə yaraşmır" - AÇIQLAMA

20.04.2022 11:22 1 512
Premyer-liqa / Manşet
Premyer-liqanın 23-cu turu mühüm hadisə ilə yadda qaldı.

“Qarabağ” doğma meydanda “Şamaxı”nı 8 cavabsız qolla məğlub etdi. Oyunsonrası mətbuat konfransıda qonaqların baş məşqçisi Sənan Qurbanov istefa verdiyini bildirdi. Ertəsi gün isə klub “feysbuk”səhifəsində bununla bağlı paylaşdığı bəyanatda rəhbərliyin mütəxəssisin qərarını müzakirə etdiyini və istefasının qəbul olunduğunu ictiamiyyətin diqqətinə çatdırdı.

Bundan əlavə, klub rəhbərliyinin digər qərarı ilə əsas komandanın baş məşqçisinin vəzifəsinin icrası Rüstəm Əliyevə həvalə olundu

Bunu nəzərə alaraq mütəxəssislə danışmağı məqsədəuyğun saydıq:

“Təbii ki, bizim üçün çox ağır və utandırıcı məğlubiyyət oldu. Bu yenilgi zəngin tarixə malik bir kluba və onun azarkeşlərinə yaraşmır. Nəticə və oyun göz qabağındadı. Düşünürəm ki, artıq sözə ehtiyac yoxdu. Təyinatıma gəlincə, ötən gün rəsmən komandaya təqdim olundum. Bu gündən işə başlayacam. Komanda ilə bağlı tam məlumat verməyim üçün müəyyən zamana ehtiyacım var. Ancaq onu deyə bilərəm ki, bu gün vəziyyət istədiyimiz kimi deyil. Futbolçuların psixoloji durumu pisdi. Əvvəlcə onları bu vəziyyətdən çıxarıb növbəti oyuna hazırlamlıyıq”.


SƏNƏM FƏRHADOVA