• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İlqar Nadiri: “Kəpəz” yeni yaranan klub deyil ki, azarkeşləri uğursuzluğu normal qarşılasın” - MÜSAHİBƏ

Manşet / Müsahibə

18-04-2022, 10:0

Növbəti mövsümdə premyer-liqaya yüksələcəyi gözlənilən “Kəpəz” hazırda birinci divionda 8-ci pillədə qərarlaşıb ki, bunu da gəncəli azarkeşlər xoş qarşılamır.

“Sarı-göylər”in son 3 oyunda meydanı başıaşağı tərk etməsi “odun üstünə benzin” töküb, tərəfdarlar, futbolçular və məşqçilər korpusu arasında dərin çatlar yaradıb. Vəziyyət o dərəcəyə çatıb ki, gəncəlilər açıq şəkildə tribunada Yaşar Vahbzadəni istefaya səsləyir, sosial şəbəkələrdə bununla bağlı müxtəlia statuslar paylaşır. Hazırkı durumda klub rəhbərliyinin də mövqeyi maraqlıdı. Görəsən, rəsmilər uğursuz nəticələrə görə məsuliyyəti kimdə görür? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Gəncə təmsilçisinin icraçı direktoru İlqar Nadiri ilə danışmağı lazım bildik.

- “Kəpəz”in son üç turda məğlub olması azarkeşlər arasında narazılıq doğurub. Mövsümün əvvəlində çempionluğu hədəfləyən komandanın uğursuzluğu nədən qaynaqlanır?
- Xüsusi vurğulanası bir şey yoxdu. Futbolda belə hallar yaşanır. Təbii ki, son 3 oyunda qeydə alınan nəticələr azarkeşlər kimi, bizi də narahat edir. “Neftçi-2” ilə matçdan sonra “Keşlə-2” və “Turan Tovuz”la qarşılaşmalardan maksimum xalla ayrılmağı hədəfləmişdik. Sadəcə, alınmadı. Və inanırıq ki, növbəti oyunda azarkeşləri sevindirə biləcəyik.

- Ötən mövsüm də komanda qışa qədər üst pillələrdə qərarlaşmışdı, ancaq fasilədən sonra eniş yaşandı. Cari mövsümdə də, demək olar, eyni ssenari təkrarlanır. Sizcə, bu təsadüfdü, yoxsa...
- Arıq 3 ildi komandanın icraçı direktoruyam. İlk ilimdə çempionat pandemiyaya görə yarımçıq dayandırıldı. Ötən “futbol ili”ndə “Kəpəz” qışa qədər üst pillələrdə olsa da, “üçlük”də deyildi. İndi isə qış fasiləsinə ikinci pillədə yollanmışdıq ki, bu da mövsümün əvvəlində planlaşdırdığımız strategiya ilə üst-üstə düşürdü. Deməyim odu ki, 2020/21 “futbol ili”ylə 2021/22-ni müqayisə etmək düzgün olmaz. Bəzi aparıcı futbolçularımızın qışdan sonra zədələnməsi də özünü göstərir.

- Artıq neçənci dəfədi baş məşqçi Yaşar Vahabzadə ilə azarkeşlər arasında narazılıq yaşanır. Gəncəlilər 62 yaşlı mütəxəssisin işindən razı deyil. Belə olan halda baş məşqçi ilə yolları ayrımağı düşünmürsüz?
- “Kəpəz” yeni yaranan klub deyil ki, azarkeşləri uğursuzluğu normal qarşılasın. Bu üzdən tərəfdarlarımız tələbkardı, komandanı daim üst pillələrrdə görmək istəyir. Özünüz də bilirsiz ki, Gəncədə futbolu sevən və onun incəliklərinə yaxından bələd olan geniş kütlə var. Onların məğlubiyyətlərlə barışmayıb narazılıqlarını bildirmələri anlaşılandı.

- Gəncəli azarkeşlərin bir qismi uğursuz nəticələrə görə baş məşqçini, bir qismi futbolçuları qınayır. Bəziləri də var ki, komandaya kənardan təsir olduğuna eyham vurur. İcraçı direktor olaraq, məsuliyyəti kimdə görürsüz?
- Son oyunlarda məğlub olmağımız futbolçulara psixoloji cəhətdən mənfi təsir göstərib. Üstəlik, yüzlərlə azarkeşin tribunada, sosial şəbəkələrdə narazılıq etməsi, müxtəlif fikirlər səsləndirməsi istər-istəməz komandadakı ab-havaya təsir göstərir. Hər yenilgidən və psixoloji təzyiqdən sonra oyunçularda sanki əminlik itir. Biz nəinki uduzduğumuz oyunlardan sonra, demək olar, hər matçdan öncə və sonra baş məşqçi ilə görüşür, yaranmış vəziyyətlə bağlı müzakirələr aparırıq. Məşqçilər korpusu da çalışır ki, komandanı hazırkı xoşagəlməz vəziyyətdən çıxartsın.

- Bəs kənar qüvvələrin təsiri barədə nə düşünürsüz?
- Gəncə Azərbaycanın futbol beşiklərindən biridi. Uzun illər bu şəhərin təmsilçisi istər SSRİ birinciliyində, istərsə də müstəqil çempionatımızda çıxış edib və ölkənin ən titullu komandalarından biri kimi tarixə düşüb. Bu səbəbdən Gəncədə veteran futbolçular da çoxdu ki, onlar da komandanın çıxışı ilə bağlı fikir bildirə, ayrı-ayrı oyunlar barədə mülahizələrini irəli sürə bilərlər. Ancaq bu o demək deyil ki, onları “kənar qüvvələr” kimi qəbul edirik. Hamısının fikirlərinə hörmətlə yanaşırıq. Təkrarçılıq olmasın, yenə deyirəm, Gəncədə futbolu dərindən bilən, oyunları əsl peşəkar kimi təhlil etməyi bacaran yaşlı və orta nəsil azarkeşlər var ki, komanda hər dəfə uduzanda iradlarını açıq şəkildə bildirirlər.

- Söylədiklərinizdən belə başa düşmək olar ki, qarşıdakı matçların nəticəsindən asılı olmayaraq, sona kimi Yaşar Vahabzadənin yanındasız və onunla vidalaşmaq fikriniz yoxdu...
- Mövsümün başa çatmasına az qalıb. Ümid edirəm ki, qarşıdakı turlarda istədiymiz nəticəni əldə edib, üst pillələrə yüksələ biləcəyik. Yəni çempionatın əvvəlində planlaşdırdıqlarımızı 100 olmasa da, 70-80 faiz həyata keçirəcəyik. Ondan sonrasına baxacağıq.

- Bir qədər də Gəncə stadionunda gedən işlər barədə məlumat verməyinizi istərdik. Yayılan xəbərlərə görə, arenanın ərazisində yeni, standartlara cavab verən iki təbii örtüklü meydan salınacaq.
- Bəli, hazırda stadionda AFFA-nın dəstəyi ilə böyük işlər görülür. Akademiyanın inşası tam sürətlə davam edir. Ortaya gözlənilməz və ya planlaşdırılmayan nəsə çıxmasa, ilin sonuna kimi akademiyanın inzibati binasının tikilib təhvil veriləcəyi gözlənilir. Bundan başqa, ərazidə standartlara cavab verən iki təbii örtüklü meydanın salınması planlaşdırılıb. Bəzi məsələlər var ki, həll olunsa, meydanlar 3 aya kimi hazır olmalıdı. Öz tərəfimizdən imkanımız çatan qədər bu işlərdə yardımçı olmağa çalışrıq.

- Gəncə stadionunun bəzi tribunalarının qəzalı vəziyyətdə olduğu heç kimə sirr deyil. Bu problemin həlli yolunda hansısa addımlar atılır?
- AFFA İcraiyyə Komitəsinin son iclasında Gəncə stadionu barədə ayrıca qərar qəbul olundu. Orda göstərib ki, arena mərhələli şəkildə təmir olunacaq. Onu da bilirsiz ki, stadion İcra Hakimiyyətinin balansındadı. Hazırda sənədləşmə ilə bağlı işlər görülür. Bu proses başa çatandan sonra stadionda təmir işləri başlayacaq. Klub olaraq, biz də istəyirik ki, işlər yubanmasın, arena lazımi səviyyədə olsun.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

2-05-2022, 16:0

İlqar Nadiri veteran futbolçunun iradları ilə razılaşsa da...

Ölkə futbolu

19-05-2022, 22:0

Yaşar Vahabzadə "Kəpəz"dən ayrılır? - AÇIQLAMA

Ölkə futbolu

30-04-2022, 22:0

Firuz Qulami “Kəpəz” rəhbərliyini istefaya səslədi - AÇIQLAMA

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 328
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə