Mövsüm sona yaxınlaşdıqca Kilian Mbappe ilə bağlı həyəcan artır.
Gənc futbolçunun yeni mövsümdən “Real”da oynamaq istədiyi çoxlarına bəllidi. PSJ rəhbərliyi uzun müddətdi onunla müqaviləni yeniləməyə çalışır. Amma indiyədək bu planda uğurlu nəticəyə nail ola bilməyib. Maraqlıdı ki, yeni müqavilə ilə bağlı məsələyə Emmanuel Makron da müdaxilə edir. Fransanın prezidenti hücumçunu yayda Paris klubunu tərk etməməyə inandırmağa çalışır. Bu barədə “RTL France” məlumat yayıb. Radiostansiya Makron ilə Mbappenin 2018-ci ildə “Yelisey” sarayında ilk dəfə görüşdükdən bəri daim əlaqə saxladıqlarını iddia edir.
Kilianın parislilərlə müqaviləsi 2021/22 mövsümünün sonunda qüvvədən düşəcək. DÇ-2018-in çempionu hələ ki gələcək karyerası ilə bağlı qəti qərarını açıqlamayıb. Məlumata görə, Makron onun PSJ ilə müqaviləsini yeniləməsi üçün dilə tutur.
Dövlət başçısı Mbappeni dilə tutur
Dünya futbolu
