Aspilikueta “Sauthempton”la oyunu niyə buraxıb?

11.04.2022 15:30 467
Dünya futbolu
Sesar Aspilikuetanın premyer-liqanın “Sauthempton”la oyununu niyə buraxdığı məlum olub.

Bu məsələyə “Çelsi”ni çalışdıran Tomas Tuxel aydınlıq gətirib. Alman mütəxəssis ispaniyalı müdafiəçinin Çempionlar Liqasının 1/4 finalının cavab oyununda “Real”a qarşı oynamasının sual altında olduğunu bildirib:

“Cümə günü Aspidən götürülən koronavirus testi müsbət nəticələnib. Bu mövzuda proqnoz verə bilmərəm. Növbəti testin mənfi nəticə verəcəyinə ümid edirik. Mənim gözləməkdən başqa yolum yoxdu”.