Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
1/8 finalın ilk matçlarından sonra UEFA-nın saytında keçirilən səsvermədə Pep Byel qalib gəlib. “Kopenhagen”in ispaniyalı yarımmüdafiəçisi PSV ilə səfər oyununda (4:4) komandasına iki qol və bir məhsuldar ötürmə ilə faydalı olmuşdu.
25 yaşlı futbolçu səsvermə nəticəsində “Marsel”in hücumçusu Arkadiuş Miliki, “Roma”nın qapıçısı Ruy Patrisiunu və “Feyenoord”un hücumçusu Luis Sinisterranı qabaqlayıb.
İki qol vurdu, həftənin ən yaxşısı seçildi
Dünya futbolu



