Buna səbəb qonaqların hücumçusu Mixeil Erqemlidzenin ona qarşı edilən qayda pozuntusu zamanı əsəblərini cilovlaya bilməyərək rəqibinə yumruq vurması oldu. Məsələ ilə bağlı Masazır təmsilçisinin baş məşqçisi İlqar Mənsimov saytımıza açıqlamasında gürcü futbolçunun klub tərəfindən də cəzalandırılacağını demişdi. Hadisədən bir həftə ötüb. Ancaq hələ də səs-soraq yoxdu. Buna görə də klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla danışmağı lazım bildik:
“Futbolçu ilə söhbət olub. Ümumiyyətlə, nəinki Mixeillə, bütün futbolçularla belə məqamlarda maksimum təmkinli olmaları ilə bağlı söhbətlər aparılır. O ki qaldı cəza məsələsinə, bu, klubdaxili məsələ olduğuna görə məlumat verə bilmərik”.
SƏNƏM FƏRHADOVA



