"Xan Lənkəran" növbəti sınağında

5.04.2022 17:50 982
Aktual / Ölkə futbolu
Region Liqasında bir həftəlik fasilə elan olunub.

Növbəti mərhələyə vəsiqə qazanan "Xan Lənkəran" yaranan fasilədən istifadə edərək yoldaşlıq görüşü keçirəcək. Lənkəran təmsilçisi doğma meydanda "Xəzri Buzovna" ilə üz-üzə gələcək.

Qarşılaşma aprelin 10-da, saat 16.30-da "Xəzər Lənkəran Mərkəzi Stadionunda" baş tutacaq.