“Dənizçilər”in heyətində Əfran İsmayılov nəzərə çarpmadı. Görəsən, sosial şəbəkələrdə yayınlan videoya görə Aftandil Hacıyev onu cəzalandırdığı üçün adı iştirak ərizəsinə salınmayıb? Sualı klubun mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlovaya ünvanladıq:
“Bu sualı sizin əməkdaşınız mətbuat konfransında da Aftandil müəllimə vermişdi. Hansısa cəzadan söhbət gedə bilməz. Əfran İsmayılov zədəli olduğuna görə adı iştirak ərizəsinə salınmayıb. İki gündü komanda ilə birgə məşqlərə başlayıb”.




