"Xan Lənkəran" afrikalı futbolçu ilə razılaşdı

25.04.2022 16:31 887
Ölkə futbolu / Manşet
Xəbər verdiyimiz kimi, region liqasında çıxış edən "Xan Lənkəran" Madin Nfa Tiekoro Tounkara ilə yaxından maraqlanır.

"Futbol+"ə daxil olan məlumata görə, tərəflər arasında razılıq əldə olunub.

Malili futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Madin "Şamaxı"da çıxış edən Sadio Tounkaranın doğma qardaşıdır. Yarımmüdafiəçi son olaraq ölkəsinin "USF kita" klubunda çıxış edib.

İLKİN SULTANLI