• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Abramoviç “Çelsi”ni 80 günə sata bilməsə...

Aktual

12-03-2022, 11:0

Roman Abramoviç Böyük Britaniyada gözlənilən aqibətlə üzləşib: yerli hökumət “Çelsi”nin sahibinə və kluba sanksiyalar tətbiq edib.

Rusiyalı biznesmenin klub da daxil olmaqla krallıqdakı bütün aktivləri “dondurulub”. Bu isə o anlama gəlir ki, son günlərdə “Çelsi”yə alıcı axtaran 55 yaşlı iş adamı klubu satmaq üçün müəyyən problemlərlə üzləşəcək. Amma sanksiya klubun fəaliyyətini davam etdirməsinə mane olmayacaq. “Çelsi” bunun üçün müvafiq orqandan xüsusi lisenziya alıb. Bu lisenziya komandaya premyer-liqada oynamaq hüququ verir. Ancaq “zadəganlar” bu hüquqdan müəyyən maliyyə məhdudiyyətlərinə riayət etməklə yararlana biləcəklər. Konkret “Çelsi” ev oyunlarının təşkilinə daxil olan təhlükəsizlik, stüard və qidalanma təminatı üçün maksimum 500 min funt sterlinq xərcləyəcək. Paytaxt klubu səfər matçlarına yollanmaq və geri qayıtmaq üçün isə yalnız 20 min funt sterlinq sərf edə biləcək.

İstənilən halda “zadəganlar” üçün müəyyən problemlər ortaya çıxacaq. Çünki kluba ev oyunlarına bilet satmaq yasaqlanıb. Başqa sözlə, tribunalara yalnız mövsümlük abunə biletlərinin sahibləri buraxılacaq. Digər qadağa isə yeni oyunçuların transferi və futbolçularla müqavilələrin yenilənməsinə tətbiq olunub. Klubun mağazalarının bağlanacağı da xəbər verilib.

Artıq “Çelsi” titul sponsorunu itirib. “Three” şirkəti kluba sponsorluğunu dayandırıb. Buna da Abramoviçin bütün aktivlərinin “dondurulması” səbəb olub.

Telekommunikasiya və internet-provayder şirkəti həmçinin komandanın formasından loqotipini (3) götürəcəyini də bəyan edib. “Three”nin yaydığı məlumatda belə deyilir:

“Çelsi”dən kluba tətbiq edilən sanksiyalara görə bizim brendin adı ilə loqosunun formadan silinməsi və stadionun ərazisindən yığışdırılması da daxil olmaqla əməkdaşlığı müvəqqəti dayandırmağı xahiş etmişik. Bu qərarın “Çelsi”nin azarkeşlərinə pis təsir edəcəyini yaxşı anlayırıq. Amma mövcud vəziyyəti və sanksiyaları nəzərə alaraq hesab edirik ki, bu, doğru addımdı”.

“Three” həmçinin bir mobil şəbəkə şirkəti kimi Ukraynadan qaçqın düşən şəxslər arasında əlaqələrin qurulmasına dəstək olacağını da bəyan edib. Son xəbərlərdə digər şirkətlərin də tezliklə klubla əlaqələri kəsəcəyi və ya müvəqqəti dayandıra biləcəyi vurğulanır. Konkret olaraq “Hyundai” və “Nike”ın belə addım atması gözlənilir. Koreya avtomobil şirkətinin yaydığı məlumatda “Çelsi” ilə əlaqələrin yenidən dəyərləndirildiyi bildirilir. Maraq üçün “Hyundai” ilə müqavilənin kluba hər il 10 milyon funt sterlinq qazandırdığını xatırladaq. Şirkətin loqotipi son illər komandanın formasının qol hissəsində görünür. “The Daily Mail” qəzetinin xəbərində “Nike”ın klubla əməkdaşlığını birdəfəlik kəsməyə yaxın olduğu qeyd edilir. İdman mallarının istehsalı üzrə ixtisaslaşan ABŞ şirkəti “Çelsi” ilə 2016-cı ildə ümumi dəyəri 900 milyon funt sterlinq olan 15 illik müqavilə bağlayıb. Dünya brendi londonlularla sazişi pozarsa, klub təxminən 540 milyon funt sterlinq itirə bilər.

“Çelsi”nin satışına gəlincə, bu, müəyyən şərtlər çərçivəsində mümkün ola bilər. Yerli hökumətə istinad edən PA agentliyinin məlumatına görə Abramoviç 2003-cü ildən sahibi olduğu klubu qazanc əldə etməmək şərti ilə sata bilər. Rusiyalı biznesmenin adı “qara siyahı”ya düşəndən sonra dayandırılan satış prosesinin bərpası mümkündü. PA-in xəbərində satışın reallaşmasına hökumətin xüsusi lisenziyasının şərait yarada biləcəyi qeyd edilir. Bu lisenziya isə Abramoviçin satışdan qazanc əldə etməməsi şərti ilə verilə bilər. Yəni klubun yeni sahib(lər)inin ödəyəcəyi məbləğ rusiyalının cibinə girməməlidi. O isə bu ayın əvvəlində satışa çıxardığı “Çelsi”dən azı 3 milyard funt sterlinq qazanmaq niyyətində idi. Hökumət isə dünən potensial alıcıların təkliflərini qəbul etməyə hazır olduğunu bəyan edib. Bunu Böyük Britaniyanın rəqəmsal texnologiyalar, mədəniyyət, KİV və idman naziri Kris Filip dilə gətirib.
“Sky Sports” telekanalının dünənki məlumatında isə Abramoviçin qazanc əldə etməmək şərti ilə alıcılarla anlaşması üçün 81 günlük vaxtının olduğu bildirilirdi. Məsələ ondadı ki, kluba mövsümün sonunadək fəaliyyət göstərməsi üçün verilən lisenziyanın müddəti mayın 31-də sona çatacaq. Əks halda “Çelsi”nin İngiltərə futbolunun strukturunda fəaliyyətdə olan müəssisə kimi mövcudluğu sual altına düşəcək...

Paylaş:
Digər xəbərlər

Aktual / Dünya futbolu

10-03-2022, 14:0

Abramoviç və “Çelsi” üçün şok sanksiyalar

Dünya futbolu

28-05-2022, 20:0

“Çelsi” satıldı

Dünya futbolu

10-03-2022, 23:0

Abramoviç inadından dönmür

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 175
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə