Məsut Özil millinin oyununa necə gəlib? – AFFA rəsmisi açıqladı

15.10.2024 20:52 330
Aktual / Ölkə futbolu
Bilindiyi kimi, yığmamız bazar ertəsi “Tofiq Bəhramov”da ardıcıl 4-cü məğlubiyyətini aldı.

Ötən matçda Estoniyaya uduzan komandamızı dəstəkləmək üçün stadiona 6 mindən bir qədər artıq tamaşaçı gəlmişdi. Qonaqlar sırasında ötən həftədən Azərbaycanda olan Məsut Özil də var idi. Bazar günü Şəkidə olan Özil ertəsi “Bəhramov”da idi. Bəs Məsutu stadiona AFFA dəvət edib, yoxsa o, öz təşəbbüsü ilə gəlib?

Bu məqamı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli ilə dəqiqləşdirdik. Onun “Football-plus.az”a söylədikləri:

“Bəli, həmin gün stadionda olub. Məsut Özil AFFA-nın dəvəti ilə Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan - Slovakiya oyununu izlədi”.


RÖYANƏ OĞUZ