FIFA U-20 DÇ-2027-nin brendi Bakıda nümayiş olundu

17.10.2026 12:00 27
Ölkə futbolu
FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında, həmçinin Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya ilə nümayiş etdirilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Layihə çərçivəsində turnirin rəsmi emblemi və brend elementləri hər iki məkanda xüsusi vizual effektlərlə təqdim olunub.

2027-ci ildə U-20-lər arasında keçiriləcək dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcəklər.