İrqçi velosipedçi DÇ-dən uzaqlaşdırıldı

21.10.2026 17:37 18
İdman
Böyük Britaniya yığmasının velosipedçisi Metyu Riçards irqçi və ayrı-seçkilik xarakterli ifadələr işlətməkdə ittiham olunduğuna görə Şanxayda keçiriləcək trek velosipedi üzrə dünya çempionatının iştirakçıları siyahısından çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, digər velosipedçilərə qarşı nalayiq davranışla bağlı ciddi ittihamlar səbəbindən turnirdə iştirak etməyəcək. Riçardsın etnik azlıqların nümayəndələrinə qarşı ayrı-seçkilik xarakterli ifadələr işlətdiyi və irqçi zarafatlara yol verdiyi iddia olunur.

Böyük Britaniya Velosiped İdmanı Federasiyası idmançının dünya çempionatının iştirakçıları siyahısından çıxarıldığını təsdiqləyib. Federasiya Riçards barəsində araşdırmaya da başlayıb.

Qeyd edək ki, Riçards Avstraliya millisinin heyətində Tokio Olimpiadasının üçqat mükafatçısı olub. Onun 2024-cü ilin avqustunda Böyük Britaniya yığmasının şərəfini qoruyacağı açıqlanıb. Velosipedçi ötən ilin yayında 200 metr məsafəyə hərəkətli startla yarışda dünya rekordu müəyyənləşdirib.