“Çikaqo”nun hücumçusu, bu komanda ilə üç dəfə Stenli kubokunu qazanan Patrik Keyn ABŞ-də dünyaya gələn hokkeyçilər arasında məhsuldar ötürmələrin sayına görə MHL rekordunu təkrarladı. O, komandasının srağagün “Pittsburq”a qalib gəldiyi (5:3) oyunda 894-cü belə ötürməsini verdi. Keyn bu göstəricidə sabiq müdafiəçi Fil Hausliyə çatdı. Daha bir ötürmə onu vahid rekordçu edəcək.
Mövsümün əvvəlini ən zəif keçirən komandalardan biri “Filadelfiya”dı. “Flayerz” evdə “Sietl”ə uduzdu – 2:3. 8 oyundan sonra bu komandanın hesabında bir qələbə də yoxdu: 5 dəfə əsas vaxtda, 3 dəfə isə bullit seriyasında və ya overtaymda məğlub olub. MHL-in rəsmi saytının məlumatına görə, 2024/25 mövsümündən bəri startda belə uzunmüddətli qələbəsiz seriya yaxalayan komanda olmayıb. Onda “San-Xose” çempionatdakı ilk 9 oyunun hamısında uduzmuşdu.
13 oktyabr
Baffalo – Florida 5:3 (2:1, 1:2, 2:0)
Nyu-Cersi – Ottava 1:4 (0:0, 0:2, 1:2)
Minnesota – Veqas 4:2 (3:0, 0:1, 1:1)
14 oktyabr
Detroyt – Nyu-Cersi 4:5 OT (1:1, 2:3, 1:0, 0:1)
Kolambus – Florida 3:7 (1:0, 0:4, 2:3)
Monreal – Baffalo 4:3 B (1:1, 2:0, 0:2, 0:0)
Karolina – Vaşinqton 4:2 (0:1, 2:1, 2:0)
Filadelfiya – Sietl 2:3 B (0:1, 0:1, 2:0, 0:0)
Reyncers – Tampa-Bey 4:1 (2:1, 1:0, 1:0)
Ottava – Sent-Luis 2:7 (0:1, 1:2, 1:4)
Aylenders – Vankuver 3:2 (2:0, 0:2, 1:0)
Çikaqo – Pittsburq 5:3 (2:1, 1:1, 2:1)
Vinnipeq – Minnesota 5:2 (2:2, 1:0, 2:0)
Dallas – Kolorado 2:3 (1:1, 0:2, 1:0)
Neşvill – Veqas 2:5 (1:2, 1:1, 0:2)
Yuta – Toronto 5:4 (1:0, 4:2, 0:2)
Anahaym – Kalqari 2:4 (2:1, 0:1, 0:2)
Los-Anceles – Edmonton 1:4 (0:3, 1:0, 0:1)
San-Xose – Boston 3:6 (1:2, 1:2, 1:2)
15 oktyabr
Vaşinqton – Monreal 5:4 (2:2, 1:1, 2:1)
Kolorado – Dallas 2:3 B (0:0, 1:1, 1:1, 0:0)
Keyn: 894-cü məhsuldar ötürmə!
İdman





