Nuriyev "sarı" aldı, komandası xal itirdi

24.08.2026 12:56 9
Dünya futbolu
Macarıstan çempionatında 5-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” öz meydanında “Debretsen”lə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb. Yarımmüdafiəçimiz 72-ci dəqiqədə meydana daxil olub. O, 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

"Kişvarda” 5 xalla 8-ci yerdədi.