"Desəm ki, Azərbaycan derbisi maraqlı deyil, yalan olar" - Valdas Dambrauskas

17.10.2026 18:20 72
Ölkə futbolu / Maraqlı
"Sabah" Misli premyer-liqasının 8-ci turunda səfərdə "Qəbələ"ni 4:0 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Bu oyun "Borussiya" ilə matçın hazırlığını baxımından faydalı oldu?
- Bizim üçün ən önəmlisi bugünkü oyun idi. Bakıya qayıtdıqdan sonra "Borussiya" ilə matçın hazırlığına başlayacağıq. Yolumuza addım-addım davam edirik.

- "Qarabağ" - "Neftçi" matçı ilə bağlı düşüncələriniz necədi?
- Desəm ki, maraqlı deyil, yalan olar. Amma bəzi şeylər mənim nəzarətimdə deyil. Mən daha çox öz komandama nəzarət edə bilərəm. "Qarabağ" - "Neftçi" matçını neytral azarkeş kimi izləyəcəm.

- Xəyal Əliyev uzun müddətdən sonra yaşıl meydanlara qayıtdı. Onun hazırlıq durumu necədi?
- Çox xoşbəxtəm ki, Xəyal sıralarımıza qayıtdı. Bu gün 7-8 dəqiqə oynadı. O, bizim üçün çox önəmli oyunçudu. Meydana daxil olduqdan sonra yaxşı performans göstərdi, qol ötürməsi etdi. Çempionlar Liqaslında oynaması hansı formada olmasından asılı olacaq. Xəyal Azərbaycan ən istedadlı futbolçulardan biridi. Onun peşəkar yanaşması yaxşıdı. Məşqçinin tapşırıqlarını çox yaxşı başa düşür. İrəlidə daha da yaxşı olacaq.