Şahmat festivalı keçiriləcək

1.06.2022 10:21 547
İdman
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə dəstəyi ilə "Landau School" Təhsil Kompleksi tərəfindən şahmat festivalı keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, iyunun 26-da başlayacaq yarış 4 müxtəlif yaş qruplarında 8, 10, 12, 14 yaşadək oğlan və qızlar arasında təşkil olunacaq.

Festival İsveçrə sistemi ilə baş tutacaq və 8 turdan ibarət olacaq.

Qızlar və oğlanlar arasında hər yaş qrupunda ilk üç yeri tutacaq iştirakçılara qiymətli hədiyyələr və diplom təqdim olunacaq.

Şahmat festivalına iyulun 3-də yekun vurulacaq.