Levandovski ilə Van Nistelroyu xatırlatdı

14.10.2026 23:56 36
Dünya futbolu
Harri Keyn Çempionlar Liqasındakı seriyasını davam etdirib.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın hücumçusu “Vikinq” ilə oyunda (3:3) dubl edib. İngilis futbolçu turnirdə ardıcıl 9-cu dəfə qapıya yol tapıb. Harri bununla Robert Levandovski ilə Ruud van Nistelroyun göstəricisini təkrarlayıb.

Qeyd edək ki, bu planda rekord Kriştiano Ronaldoya məxsusdu. O, 2017/18 mövsümündə “Real”ın heyətində ardıcıl 11 matçda qol vurub.