İspaniya paytaxtını tərk etmədi

14.10.2026 14:39 36
Dünya futbolu
Bu yay “Real”dan ayrılan Daniel Karvaxalın yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, 34 yaşlı müdafiəçi “Xetafe”yə keçib. Madrid klubu Karvaxalla 2027-ci il iyunun 30-dək müqavilə imzalandığını açıqlayıb.

Daniel karyerası ərzində “Real” və İspaniya yığması ilə ümumilikdə 29 titul qazanıb. Onun Çempionlar Liqasının altıqat qalibi və milli komanda ilə 2024-cü ildə Avropa çempionu olduğunu xüsusi vurğulayaq.