“İmişli” Yevlaxda, “Zirə” Gəncədə çətinlik çəkəcək – bu futbolçulara görə...

14.10.2026 13:26 54
Ölkə futbolu / Manşet
Misli premyer-liqasında qarşıdan gələn 8-ci tur da azarkeşlərə gərgin mübarizə vəd edir. Axı həm Gəncədə növbəti futbol bayramına, həm də mövsümün əvvəlindən bəri səbrsizliklə gözlənilən “Qarabağ- “Neftçi” matçına, yəni Azərbaycan derbisinə şahidlik edəcəyik. Qalan oyunlarda da istər avrokuboklar, istərsə də premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandalar qələbə üçün tər tökəcək.

“Football-plus.az” xəbər verir ki, bu görüşlər üçün cəzalı futbolçuların kimliyi bilinib. Belə ki, “İmişli”nin futbolçusu Juninyo Yevlaxda “Turan Tovuz”a qarşı keçiriləcək matçı, “Zirə”nin oyunçusu Rikardo Martins isə səfərdə “Kəpəz”lə görüşü buraxacaq.

Qeyd edək ki, oktyabrın 16-da start götürəcək tura 18-də yekun vurulacaq.

KƏNAN BAHADIR