Alkaya yığmadan getdi: 70 oyun, qızıl, gümüş...

4.09.2026 10:57 34
İdman
Basketbol üzrə qadınlardan ibarət yığmanın baş məşqçisi Evren Alkaya ilə yollar ayrılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Türkiyəli mütəxəssislə əməkdaşlığın qarşılıqlı razılıq əsasında başa çatdığı bildirilib.

2022-ci ildən Azərbaycan Basketbol Federasiyasında fəaliyyət göstərən Evren Alkaya bu müddətdə qadınlardan ibarət əsas milli komandamıza, həmçinin U-16, U-18 və U-20 qız yığmalarına rəhbərlik edib. O, baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında komandalarımıza rəhbərlik edib.

Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli komandamız 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U-18 millimiz isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.