“Kolambus Kryu” Toral Bayramovu da transfer etmək istəyir? - menecerindən açıqlama

15.03.2026 20:49 95
Ölkə futbolu / Aktual
Ötən ay “Kolambus Kryu”ya transfer olunan Nəriman Axundzadə hələ də yeni komandasının heyətində debüt etməyib. Amma ABŞ klubunun Nərimanın sabiq komanda yoldaşı Toral Bayramova “elçi düşməsi” haqda da xəbərlər gəzir.

Guya “Kolambus Kryu” artıq “Qarabağ”la danışıqlara başlayıb. Əslində Elvin Cəfərquliyevin “Qarabağ”da qaldığını, o olan yerdə Toralın meydana çıxmasının faktiki mümkünsüzlüyünü nəzərə alsaq, Bayramovun okeanı keçməsi hadisələrin məntiqi axarına tam uyğun variantdı.

“Football-plus.az” bu variantla bağlı futbolçunun meneceri Tural Əsgərovun fikrini öyrənib:

“Xeyr, belə təklif yoxdu. Ümumiyyətlə, bu klubla Toral arasında heç bir danışıq olmayıb. Toralın “Qarabağ”dan ayrılması... Yəqin ki, mövsümün sonuna qədər “Qarabağ”da qalacaq”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul