“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Misli premyer-liqasının 3-cü turunda "Şamaxı" ilə 0:0 hesabı ilə başa çatan görüşdən sonra mətbuat konfransında çıxış edib.
"Football-plus.az" xəbər verir ki, gürcü mütəxəssis evdəki bərabərlik haqda bunları deyib:
- İlk 15 dəqiqədə yaxşı oynadıq. Qol şansı yaratdıq, amma onu sona çatdıra bilmədik. Oyunun qurulmasında böyük rol oynayan futbolçular var, amma təəssüf ki, məsələn, Bruno Silva təsir göstərə bilmədi. O və digər cinah oyunçusu Meşak Uboçioma komandanın oyununu anlamağa başlamalıdılar. Onlar oyunun tempini başa düşməlidilər. Bunu uzun müddətdi deyirəm. Azərbaycan çempionatında oyunların tempi artıb. Sonra yenidən toparlandıq və təzyiq göstərməyə başladıq. Çoxlu qol şansı yaratdıq, amma qol vura bilmədik. Oyundakı üstünlüyümüzdən yararlana bilmədik".
- Komanda mövsümdə ilk xalını qazandı, amma hələ qol vurmamısız. Psixoloji təzyiq var?
- Əlbəttə, rəhbərlik və azarkeşlər tərəfindən təzyiq olacaq. Üç matçdı ki, qol vurmamışıq. Normaldı. Bu, məşqçilər heyətinə və oyunçulara təzyiq göstərir. Amma bu gün istədiyimiz oyuna daha yaxın oynadıq.
"İstədiyimiz oyuna daha yaxın oynadıq" - Kaxaber Sxadadze
Ölkə futbolu / Manşet






