"Sabah" Litva klubunu məğlub etdi

29.08.2026 21:22 8
İdman
Bu gün “Sabah” basketbol klubu Litvadakı təlim-məşq toplanışında ikinci yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar" "Şaulyay" ilə qarşılaşıb və 92:80 hesabı ilə qalib gəlib.

"Sabah" daha əvvəl Litvanın “Yuventus” klubuna (84:89) uduzmuşdu. Azərbaycan çempionunun qarşıda daha iki yoldaşlıq oyunu var.