“Qarabağ” “Nyukasl” ilə oynayacaq, bəs başqaları?

30.01.2026 21:52 26
Avrokuboklar
“Qarabağ”ın Çempionlar Liqasının pley-offunda “Nyukasl”la qarşılaşacağı, ilk oyunun fevralın 18-də, cavab görüşünün isə 24-də keçiriləcəyi bəllidi.

“Football-plus.az” başqa pley-off cütlərini də təqdim edir:

Monako (Fransa) – PSJ (Fransa)
Benfika (Portuqaliya) – Real (İspaniya)
Bude/Qlimt (Norveç) – İnter (İtaliya)
Qalatasaray (Türkiyə) – Yuventus (İtaliya)
Borussiya D (Almaniya) – Atalanta (İtaliya)
Brügge (Belçika) – Atletiko (İspaniya)
Olimpiakos (Yunanıstan) – Bayer-04 (Almaniya)

Avropa Liqasında da pley-off mərhələsinin püşkü atılıb:
PAOK (Yunanıstan) – Selta (İspaniya)
Lill (Fransa) – Srvena Zvezda (Serbiya)
Fənərbaxça (Türkiyə) – Nottingem Forest (İngiltərə)
Seltik (Şotlandiya) – Ştutqart (Almaniya)
Brann (Norveç) – Bolonya (İtaliya)
Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan)
Panatinaikos (Yunanıstan) – Viktoriya (Plzen, Çexiya)
Dinamo (Xorvatiya) – Genk (Belçika)
Bu mərhələnin oyunları fevralın 19-u və 26-da keçiriləcək.

Konfrans Liqasında pley-offun püşkü isə yanvarın 16-da atılıb. Həmin turnirdə formalaşan cütlər belədi:
Yagelloniya (Polşa) – Fiorentina (İtaliya)
Zrinski (Bosniya və H.) – Kristal Pelas (İngiltərə)
Noa (Ermənistan) – Alkmaar (Niderland)
Şkendiya (Ş.Makedoniya) – Samsunspor (Türkiyə)
Drita (Kosovo) – Selye (Sloveniya)
Siqma (Çexiya) – Lozanna-Sport (İsveçrə)
Omoniya (C.Kipr) – Rieka (Xorvatiya)
KuPS (Finlandiya) – Lex (Polşa)

Konfrans Liqasında da pley-off oyunları fevralın 19-26-da keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul