Elşad Tağıyev 1-ci liqa klubunda - RƏSMİ

28.01.2026 18:31 87
Ölkə futbolu
“Qəbələ”dən ayrılan Elşad Tağıyevin yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı hücumçu “Baku Sportinq”lə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Baku Sportinq” bu gün qanalı yarımmüdafiəçi Jon Anaademin transferini də açıqlayıb.