Yığmamız İngiltərəyə qalib gəldi

4.10.2024 21:20 320
Yığma
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, yığmamız İspaniyanın Kadiz şəhərində İngiltərə yığması ilə qarşılaşıb.

Görüş komandamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Sabir Allahquliyev (2), Orxan Məmmədov və Amid Nəzərov vurublar.

Qeyd edək ki, A qrupunda yer alan komandamız oktyabrın 5-də Gürcüstan (14:45), 7-də isə İspaniya (20:00) ilə üz-üzə gələcək.