“Neftçi” yarımfinalda

4.07.2026 21:12 11
İdman
“Neftçi”nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında bu gün növbəti matçını keçirib.

Komanda Uqanda yığması ilə üz-üzə gəlib.

Qarşılaşma “Neftçi”nin qələbəsi ilə başa çatıb - 18:15.

Yarımfinal oyunu saat 21.50-də keçiriləcək.

Bakı klubu ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib.