U-18 yeniyetmələr arasında Qərb bölgəsi üzrə region birinciliyi keçirilir

30.07.2023 15:21 243
İdman
30 iyulda Goranboy Olimpiya İdman Kompleksində 18 yaşa qədər yeniyetmə cüdoçular arasında Qərb bölgəsi üzrə region birinciliyi keçirilir.

"Football-plus.az" xəbər verir ki, yarışda Qərb regionunu təmsil edən 11 komandadan 169 cüdoçu 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdi.