Millimizin iki üzvü Avropada 2024-cü ilin rəmzi komandasında

14.01.2025 20:52 283
Ölkə futbolu
Minifutbol üzrə millimizin iki üzvü Avropada 2024-cü ilin rəmzi komandasında yer alıb.

"Football-plus.az" xəbər verir ki, "6-lığ"ı Avropa Minifutbol Federasiyası açıqlayıb.

Müdafiəçi Vüsal İsayev və yarımmüdafiəçi Elvin Əlizadə heyətdə yer alıblar.

Qeyd edək ki, İsayev Avropada ötən ilin ən yaxşı müdafiəçisi, Əlizadə isə ən yaxşı yarımmüdafiəçisi seçilmişdi.