Daha üç medalın bir addımlığında...

17.05.2026 14:13 73
İdman
Sərbəst güləş üzrə U-17 millimizin üzvləri Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında daha üç medal üçün mübarizə aparacaqlar.

"Football-plus.az" xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən İbrahim Həsənovun final görüşünə çıxacaq. O, ukraynalı Boqdan Kazakovu 10:0, rusiyalı Xalid Sonqurbekovu 12:0, belaruslu Yanis Şapartaunu isə 10:0 hesabı ilə məğlub edərək həlledici mərhələyə yüksəlib. Finalda onun rəqibi türkiyəli Muhammed Gölha olacaq.

45 kq-da Tunar Həsənov bürünc medal uğrunda güləşəcək. O, ilk görüşdə gürcüstanlı Mkrtiç Canamyanı 3:2 hesabı ilə məğlub etsə də, dörddəbir finalda ukraynalı Marko Kvasniuka uduzub. Həsənov üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Buğra Eldemirlə üz-üzə gələcək.

92 kq-da Elgün Kərimli mübarizəni təsəlliverici görüşdə davam etdirəcək. Azərbaycanlı güləşçi startda ermənistanlı Artur Mkrtçyanı 8:0 hesabı ilə üstələyib, dörddəbir finalda isə rusiyalı Abdurazak Şabanova 4:15 hesabı ilə məğlub olub. O, təsəlliverici mərhələdə belaruslu Timur Mirzəyevlə qarşılaşacaq.

Millimiz turnirdə bu vaxta qədər 13 medal qazanıb. Yığmanın aktivində üç qızıl, dörd gümüş və altı bürünc mükafat var.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul