Çempion Elgiz Kərəmli "Şəfa"dan ayrılmaq istəmir - ona hardan təklif gəlib?

17.05.2026 14:09 145
Ölkə futbolu / Aktual
1-ci liqada çempion artıq bəllidi. Gözlənildiyi kimi, dünən 26-cı turda "Cəbrayıl"ı qəbul edən "Şəfa" qələbə qazandı (1:0) və mövsümü birinci pillədə başa vuracağı dəqiqləşdi.

Bu uğurla bağlı paytaxt təmsilçisinin baş məşqçisi Elgiz Kərəmlidən təəssüratını soruşduq. Onun "Football-plus.az"a cavabı:

"Mövsüm bizim üçün uğurlu alındı. İlk turdan etibarən birinci pillənin sahibi olduq, lakin çempionat gərgin keçdi. Çünki liqa ildən-ilə inkişaf edir, klublar heyətini həm əcnəbi, həm də səviyyəli yerli futbolçularla gücləndirir. Premyer-liqada legioner limitinin ləğvindən sonra 1-ci liqaya xeyli futbolçu gəldi. Ümumən "futbol ili" çox maraqlı keçdi. Bu uğurda rəhbərliyin, futbolçuların, ümumiyyətlə, klubda çalışan hər kəsin əməyi var. Birliyimizin, işə məsuliyyətlə yanaşmağımızın sayəsində çempion olduq".

Elgiz bəydən başqa klublardan təklif alıb-almadığını, "Şəfa"nı premyer-liqada da çalışdırmaq istəyib-istəmədiyini də soruşduq:

"Premyer-liqada çalışmaq həm arzum, həm də ilkin hədəfimdi. Başqa klublardan təklif olsa belə, məqsədim "Şəfa"dakı işimi davam etdirməkdi".

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul