Van Diyk tənqidləri cavabsız qoymadı

16.05.2026 14:33 93
Dünya futbolu
“Liverpul”un kapitanı Vircil van Diyk komandanın məşq rejimi ilə bağlı tənqidlərə cavab verib. O, nəticələr zəif olanda tənqidlərin artmasının normal olduğunu deyib.

"Football-plus.az" xəbər verir ki, Niderlandlı müdafiəçi premyer-liqanın son oyununda “Mançester Yunayted”ə 2:3 hesablı məğlubiyyətdən sonra futbolçuların istirahət günlərini tətil kimi keçirməsi barədə iddialara aydınlıq gətirib:

“Nadir hallarda verilən bir istirahət gününüz varsa, hər kəs ailəsi ilə nə edəcəyinə özü qərar verir. Biz uşaq deyilik. Bəzən daha çox istirahət etmək də faydalıdı. Məsələn, Qvardiolanın “Mançester Siti”nin oyunçularına ardıcıl üç gün istirahət imkanı yaratdığını və bunun müsbət nəticə verdiyini görürük. Əsas məsələ komandadakı balansı yaratmaq və qorumaqdı”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul