"Qarabağ"ın U-12 komandası Antalyadakı turnirdə

4.04.2026 20:20 36
Ölkə futbolu
"Qarabağ"ın U-12 komandası "Antalya Friendship Cup 2026" turnirinə qatılıb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bununla bağlı "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Gənclər və idman naziri Fərid Qayıbovla birlikdə "Antalya Friendship Cup 2026" turnirinə qatılan "Qarabağ"ın U-12 komandasını ziyarət etdik", - o yazıb.

Səfir və nazir oyunçulara gələcək matçlarda uğurlar arzulayıblar.