"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait əldə edib

24.02.2026 21:53 17
Ölkə futbolu
"Qarabağ" UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov özünün "X" hesabında məlumat paylaşıb.

Nazir həmçinin UEFA-nın həmrəylik mexanizmi çərçivəsində ölkə çempionatında mübarizə aparan digər klublarımızın da hər birinin təxminən 1.6 milyon manat əlavə vəsait əldə edəcəyini qeyd edib.